Əsas səhifə » Ərdoğan Yunanıstana rəsmi səfər edəcək

Ərdoğan Yunanıstana rəsmi səfər edəcək

Hafiz Rufizoglu

Bakı. AzerPress:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan Baş naziri Kiryakos Miçotakisinin dəvəti ilə sabah Yunanıstana səfər edəcək.

AzerPress-in məlumatına görə, liderlər Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Beşinci iclasında iştirak edəcək.

İclasda Türkiyə-Yunanıstan münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək, iki ölkə arasında əməkdaşlığın yaxşılaşdırılması imkanları müzakirə olunacaq.

banner

Görüşlər zamanı cari regional və qlobal hadisələr, ikitərəfli münasibətlərlə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Səfər çərçivəsində ikitərəfli münasibətlərin hüquqi infrastrukturunun gücləndirilməsinə yönəlmiş müxtəlif saziş və memorandumların imzalanması da nəzərdə tutulub.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice