Əsas səhifə » Ərdoğan və Sadır Japarov Qırğızıstan-Türkiyə ikitərəfli əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər

Ərdoğan və Sadır Japarov Qırğızıstan-Türkiyə ikitərəfli əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər

admin

Bakı. AzerPress:

Qırğızıstan prezidenti Sadır Japarov Astanaya işgüzar səfəri çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

AzerPress-in məlumatına görə, ölkə liderləri ticarət, iqtisadi, mədəni, humanitar, elmi-texniki və digər sahələrdə Qırğızıstan-Türkiyə ikitərəfli əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər.

Sadır Japarov qırğız xalqı adından Rəcəb Tayyib Ərdoğanı və qardaş türk xalqını Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə təbrik edib.

banner

Qırğızıstan prezidenti bildirib ki, iki ölkə arasında strateji əməkdaşlıq fəal inkişaf edib və Qırğızıstan Türkiyə ilə qarşılıqlı fəaliyyətin bütün sahələrində ikitərəfli əlaqələrin dərinləşdirilməsinə üstünlük verir.

Rəcəb Tayyib Ərdoğan ikitərəfli münasibətlərin inkişafındakı mütərəqqi dinamikadan məmnunluğunu ifadə edib və bu əlaqələrin daha da dərinləşməsinə hazır olduqlarını bildirib.

Tərəflər Qırğızıstan-Türkiyə Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti iclasının keçirilməsinin vacibliyini qeyd ediblər.

Sadır Japarov və Rəcəb Tayyib Ərdoğan əməkdaşlığın bütün prioritet sahələrində əlaqələri dərinləşdirmək üçün yüksək siyasi səviyyədə fəal dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının sədrliyinin Özbəkistandan Qazaxıstana keçəcəyi Sammit proqramının yekununda dövlət başçıları bir sıra qərarlarla birlikdə Astana Aktını və Astana Sammiti Bəyannaməsini imzalayacaqlar.

Sammitdən əvvəl TDT Xarici İşlər Nazirləri Şurası Sammitin gündəliyi və dövlət başçıları tərəfindən imzalanacaq sənədlər üzərində yekun işləri yerinə yetirmək üçün Astanada toplanacaq.

Aytac Süleymanova

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice