Əsas səhifə » Ərdoğan Türkiyə millisini təbrik edib

Ərdoğan Türkiyə millisini təbrik edib

Fərid Mikayilov

Bakı,VOA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Milli Futbol Komandasının Çexiyanı məğlub edərək qrup ikincisi olduğu oyundan sonra soyunub-geyinmə otağında, komandası ilə telefonla danışıb.

VOA xəbər verir ki, Futbol üzrə Avropa Çempionatının (AVRO 2024) F qrupunun üçüncü oyununda Çexiyanı 2:1 hesabı ilə məğlub edən Türkiyə Milli Futbol Komandası qrup ikincisi olub.

Ərdoğan oyundan sonra milli futbolçular və Milli Futbol Komandasının baş məşqçisi Vinçenzo Montella ilə telefonla danışıb.

banner

Komandasını təbrik edən Ərdoğan Avstriya ilə oyunda da uğurlar arzulayıb.

Qələbədən sonra keçirilən görüşdə gənclər və idman naziri Osman Aşkın Bak və Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi də futbolçularla birlikdə olub.

Digər Kateqoriyalar

2023 © AzerVoice