Əsas səhifə » Ərdoğan Şimali Kiprə gedib

Ərdoğan Şimali Kiprə gedib

Fərid Mikayilov

Bakı,AzerVoice

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr Sülh Hərəkatının 50-ci ildönümü üçün, Şimali Kipr Türk Respublikasının (KKTC) paytaxtı Lefkoşaya səfər edib.

AzerVoice xəbər verir ki, Ərdoğanı Ercan hava limanında KKTC prezidenti Ersin Tatar qarşılayıb.

Sülh Əməliyyatının 50-ci ildönümündə bir çox geniş miqyaslı mərasimlər və tədbirlər keçiriləcək.

banner

Mərasimlərdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş da iştirak edəcək.

Qeyd edək ki, KKTC-də keçiriləcək mərasimdə TCG Anadolu da daxil olmaqla 50 gəmi, F-16 döyüş təyyarələri həmçinin Türk Ulduzları və SOLOTÜRK komandalarının da çıxışı planlaşdırılır.

Digər Kateqoriyalar

2023 © AzerVoice