Əsas səhifə » Ərdoğan Qəzzada vəziyyətin normallaşdırılmasında mühüm liderlik rolu oynayır -Putin

Ərdoğan Qəzzada vəziyyətin normallaşdırılmasında mühüm liderlik rolu oynayır -Putin

Laman Asadli

Bakı. AzerPress:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada baş verən faciəyə diqqət çəkən, vəziyyəti yaxşılaşdırmaq və uzunmüddətli sülh üçün şərait yaratmaq üçün hər şeyi edən beynəlxalq ictimaiyyətin liderlərindən biridir.

AzerPress xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.

“Türkiyə və Rusiya hazırda Fələstin və İsrail arasında iki dövlətli həll yolunu dəstəkləyir. Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) daimi üzvü olan Rusiya daimi atəşkəs təkliflərinə “hə” səsi verib”, – deyə o vurğulayıb.

banner

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 18 min 608-ə çatıb.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice