Əsas səhifə » Ərdoğan Polşa dövlət nazirini qəbul edib

Ərdoğan Polşa dövlət nazirini qəbul edib

Hafiz Rufizoglu

Bakı. AzerVoice:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Polşanın dövlət naziri və Milli Təhlükəsizlik Bürosunun rəhbəri Jacek Siewieranı qəbul edib.

AzerVoice xəbər verir ki, görüşdə ölkələr arasında əməkdaşlıq və həmrəyliyin gücləndirilməsi, Ukrayna-Rusiya və İsrail-Fələstin gərginliyindəki son mərhələ müzakirə edilib.

Ərdoğan Türkiyənin NATO-nun Vaşinqton sammitindən gözləntilərinin NATO daxilində tam həmrəyliyi təmin etmək olduğunu bildirib.

banner

O, bəyan edib ki, müttəfiqlər bir-birinə, xüsusən də müdafiə sərmayəsi və ticarətində məhdudiyyətlər qoymamalı və NATO-Avropa İttifaqı əməkdaşlığı kontekstində Türkiyəni kənarlaşdırmaq səylərindən imtina edilməlidir.

Görüşdə prezident Ərdoğanı Milli Təhlükəsizlik Şurasının baş katibi Seyfullah Hacımüftüoğlu, prezidentin kommunikasiyalar üzrə direktoru Fahrettin Altun, prezidentin özəl katibi Həsən Doğan və prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç müşayiət edib.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice