Əsas səhifə » Ərdoğan Paşinyanla regional məsələləri müzakirə edib

Ərdoğan Paşinyanla regional məsələləri müzakirə edib

Hafiz Rufizoglu

Bakı. VOA:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

VOA xəbər verir ki, bu barədə Türkiyə Rabitə Müdirliyinin sosial media hesabından edilən açıqlamada qeyd edilib.

Ərdoğan Ermənistanın şimal rayonlarında baş vermiş sel fəlakəti ilə bağlı Paşinyana başsağlığı verib.

banner

Görüş zamanı hər iki lider Türkiyə ilə Ermənistan arasında ilkin şərt olmadan münasibətlərin tam şəkildə normallaşdırılması üçün siyasi iradələrini vurğulayıblar.

Onlar həmçinin regionda baş verən son hadisələri və beynəlxalq gündəmi müzakirə ediblər.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice