Əsas səhifə » Ərdoğan İstanbulda baş verən yanğınla bağlı məlumat alıb

Ərdoğan İstanbulda baş verən yanğınla bağlı məlumat alıb

Laman Asadli

Bakı. AzerVoice: 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda baş verən yanğınla bağlı daxili işlər naziri Əli Yerlikayadan məlumat alıb.

AzerVoice xəbər verir ki, hadisə ilə bağlı Türkiyə daxili işlər naziri Ali Yerlikaya X sosial media hesabında paylaşım edib.

“İstanbulda baş verən yanğınla bağlı araşdırma başladılıb. Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Məlumatları ictimaiyyətlə paylaşmağa davam edəcəyik”, – deyə Yerlikaya vurğulayıb.

banner

Qeyd edək ki, bu gün İstanbulda 16 mərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər həyatını itirib, 7-si ağır olmaqla 8 nəfər xəsarət alıb.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice