Əsas səhifə » Ərdoğan İspaniya Baş naziri ilə telefon danışığı aparıb

Ərdoğan İspaniya Baş naziri ilə telefon danışığı aparıb

Hafiz Rufizoglu

Bakı. AzerPress:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İspaniya Baş naziri Pedro Sançes ilə telefon danışığı aparıb.

AzerPress-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi bildirib.

“Görüşdə İsrailin fələstinlilərə hücumları, humanitar yardımların fasiləsiz olaraq Qəzzaya çatması üçün atılacaq addımlar, daimi atəşkəs və daimi sülh üçün səylər müzakirə edilib.” – deyə açıqlamada bildirilib.

banner

Ərdoğan qeyd edib ki, Türkiyə bölgədə daimi sülhün təmin edilməsi və regional sülh üçün İspaniya ilə birlikdə çalışmağa hazırdır.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice