Əsas səhifə » Ərdoğan HƏMAS Siyasi Bürosunun sədrini qəbul edib

Ərdoğan HƏMAS Siyasi Bürosunun sədrini qəbul edib

Hafiz Rufizoglu

Bakı. AzerVoice:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyəni qəbul edib.

AzerVoice xəbər verir ki, görüş İstanbulda Dolmabahçe Ofisində baş tutub.

Məlumata əsasən, görüşdə İsrailin Fələstin torpaqlarına, xüsusilə də Qəzza zolağına hücumları, Fələstin anklavına humanitar yardımın adekvat və fasiləsiz çatdırılmasını təmin etmək üçün atılan addımlar, eləcə də bölgədə ədalətli və davamlı sülh prosesi ilə bağlı məsələlər müzakirə edilib.

banner

Görüş zamanı R.T.Ərdoğan Türkiyənin beynəlxalq diqqəti fələstinlilərə edilən zülmə cəlb etmək üçün diplomatik səylərini davam etdirdiyini bildirib.

O qeyd edib ki, regional sülhün açarı olan müstəqil Fələstin dövlətinin yaradılması və bölgədə daimi sülhün bərqərar olması üçün hər cür səy göstərilir.

Məlumat üçün bildirək ki, Ərdoğan bundan öncəki açıqlamalarında HƏMAS-ı azadlıq uğrunda mübarizə aparan qrup adlandırmışdı.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice