Əsas səhifə » Ərdoğan Əsədlə görüşü istisna etmir

Ərdoğan Əsədlə görüşü istisna etmir

Yamin Savalanli

Bakı, VOA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ilə münasibətlərin yenidən qurula biləcəyini deyib.

VOA xəbər verir ki, bu haqda Erdoğan İstanbulda cümə namazı çıxışı zamanı mətbuat nümayəndələrinin suallarını cavablandırarkən danışıb.

Belə ki, jurnalist Suriya prezidenti Bəşər Əsədin Rusiya təmsilçiləri ilə görüşündə Türkiyə ilə əlaqələrə müsbət təsir edə biləcək istənilən təşəbbüsə hazır olduğunu həmçinin Suriyanın müstəqilliyinə hörmət edilməsini gözlədiyini xatırladaraq diplomatik əlaqələrin yenidən bərpa edilə biləcəyi ilə bağlı Erdoğana sual ünvanladı.

Suala cavab olaraq Ərdoğan, ‘Suriya ilə münasibət qurmamaq üçün heç bir səbəb yoxdur. Keçmişdə olduğu kimi yenə eyni şəkildə birlikdə hərəkət edə bilərik. Bizim heç vaxt Suriyanın daxili işlərinə qarışmaq kimi bir dərdimiz, hədəfimiz ola bilməz. Suriya xalqı qardaş xalqdır. Cənab Əsədlə ailə görüşlərinə qədər görüşlərimiz oldu. Qeyri-mümkün deyə bir şey yoxdur, sabah yenə ola bilər.” – dedi.

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice