Əsas səhifə » Ərdoğan BƏƏ-yə səfər edəcək

Ərdoğan BƏƏ-yə səfər edəcək

Laman Asadli

Bakı, AzerPress:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28-də iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.

AzerPress xəbər verir ki, bu barədə R.T.Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı deyib.

Məlumata əsasən, Türkiyə prezidenti BƏƏ-də Qəzzadakı son hadisələr barədə müzakirələr aparacaq.

banner

“Qəzza əhalisinə humanitar yardımlarımız davam edir. Bu günə qədər Misirlə əməkdaşlıq edərək Əl Ariş hava limanına 12 təyyarə və yardım materialı daşıyan bir gəmi göndərmişik. Ümumilikdə 1500 ton humanitar yardım materialı daşıyan ikinci gəmimiz bu gün yola çıxır. Xərçəng xəstələri və uşaqlar başda olmaqla yaralıların Türkiyəyə təxliyyəsi üçün çalışırıq”, – deyə o vurğulayıb.

Bundan əlavə, Türkiyə prezidenti İsrail və HƏMAS arasında əldə edilən humanitar fasilədən məmnunluğunu ifadə edib.

Qeyd edək ki, noyabrın 22-də HƏMAS Misir və Qətərin vasitəçiliyi ilə Qəzza zolağında dörd günlük humanitar atəşkəsə dair İsraillə razılığa gəldiyini açıqlayıb.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice