Əsas səhifə » Ərdoğan BƏƏ prezidenti ilə Qəzzaya humanitar yardımların çatdırılmasını müzakirə edib

Ərdoğan BƏƏ prezidenti ilə Qəzzaya humanitar yardımların çatdırılmasını müzakirə edib

Hafiz Rufizoglu

Bakı. AzerPress:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BƏƏ prezidenti Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə Qəzzaya humanitar yardımların çatdırılmasını müzakirə edib.

AzerPress-in məlumatına görə, liderlər arasında telefon danışığı baş tutub.

Görüşdə İsrailin Qəzzaya hücumları, bölgədə qalıcı atəşkəs yaratmaq səyləri, Türkiyənin fələstinlilərə humanitar yardım çatdırma səyləri və sülhün təmin edilməsi üçün atılan addımlar müzakirə edilib.

banner

Prezident Ərdoğan görüş zamanı İsrailin ən qısa zamanda dayandırılmasının və daimi atəşkəsin təmin edilməsi üçün atılan addımların davam etdirilməsinin vacib olduğunu bildirib.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice