Əsas səhifə » Ərdoğan Astanada Putinlə görüşəcək

Ərdoğan Astanada Putinlə görüşəcək

Fərid Mikayilov

Bakı,VOA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın Astana şəhərində Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

VOA xəbər verir ki, görüşdə Qəzza, Suriya və bir sıra məsələlər müzakirə olunacaq.

“Görüş zamanı qarşılıqlı maraq doğuran bütün məsələlər müzakirə olunacaq. İlk olaraq ikitərəfli əlaqələr müzakirə olunacaq. Suriya və Ukrayna mövzusu da müzakirə ediləcək”,- deyə Kremlin sözçüsü Dmitriy Peskov deyib.

banner

Peskov həmçinin Suriyada sülhün bərqərar olması prosesini alqışladıqlarını ifadə edib.

“Rusiya bu mövzuda böyük səylər göstərir. Bu prosesin daha uğurla inkişafını təmin edəcək qonşu ölkələrlə təmasları alqışlayarıq”,- deyə o bildirib.

Peskov bu mövzuda Türkiyə də daxil olmaqla bütün ölkələrlə əməkdaşlıq edəcəklərini vurğulayıb.

Qeyd edək ki, bu gün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçılarının Zirvə Toplantısı başlayır.

Digər Kateqoriyalar

2023 © AzerVoice