Əsas səhifə » Əqsa tufanı əməliyyatı Məscidül-Əqsa üçün başladılıb-Əbu Ubeydə

Əqsa tufanı əməliyyatı Məscidül-Əqsa üçün başladılıb-Əbu Ubeydə

Yamin Savalanli

Bakı. VOA:

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadasının sözçüsü Əbu Ubeydə açıqlamasında Əqsa tufanı əməliyyatını Məscidül-Əqsa üçün həyata keçirdiklərini bildirib.

 VOA xəbər verir ki, İsrailin Qəzzada oktyabrın 7-dən bəri davam edən hücumları başladığı gündən mülki vətəndaşları hədəfə almaqda davam edir.

İzzəddin Əl-Qəssam Briqadaları Qəzzanın bir çox bölgəsində İsrail qüvvələrinə qarşı hücumlar həyata keçirərkən, qrupun sözçüsü sosial media şəbəkələrində etdiyi açıqlamada zəvvarlardan “onlar üçün dua etmələrini” istəyib.

banner

“Həcc fərzlərini yerinə yetirmək üçün Beytullah və Müqəddəs Torpaqda olan zəvvarlardan müqəddəs yerlərdə və həcc zamanı səmimi dualarında Qəzzə və Fələstindəki qardaşlarını yad etmələrini, Qəzzanı, onun səbirli xalqını və mücahidlərini bu mühüm və müqəddəs günlərdə dualarında unutmamağı xahiş edirik.” – deyə Ubeydə açıqlamasında bildirib.

Sözlərinə davam edən Ubeydə, “Rahman olan Allahın qonaqları sayılan zəvvarlar həcc fərzini yerinə yetirdiyi kimi, biz də İslam ümməti adından Allahın düşmənlərinə, işğalçılara və oğrulara qarşı cihad vacibliyini yerinə yetiririk. Əqsa tufanı əməliyyatı üçüncü müqəddəs məscidimiz üçün başlamışdır və həcc ziyarəti iki milyard müsəlmana, İslam ümmətinə, düşmənimizlə müharibəmizin həqiqətini, Məhəmməd peyğəmbərin İsra və Merac məkanı olan Məscidül-Əqsamıza hücum edən və hər gün orada təxribat, işğal və yəhudiləşdirmə fəaliyyətləri həyata keçirən sionist düşməni xatırlatmaq üçün bir fürsətdir.” – deyə əlavə edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice