Bakı,AzerPress
İslam etiqad azadlığına bütün qapıları açmış, insanın iradəsinə, şəxsi seçiminə ehtiramla yanaşmışdır. Dönüklərin cəzalandırılması isə şərait və vəziyyətə görə dəyişən siyasi məsələdir. Həm bir sıra dini mətnlərin, həm də bəzi tarixi faktların siyasi məzmunu müsəlmanların birliyi və gücünə dönüklüyün təsiri çərçivəsində başa düşülməli, etiqad azadlığının məhdudlaşdırılması baxımından nəzərdən keçirilməməlidir. Əziz oxucu! Belə bir aktual mövzu diqqətimizi cəlb etdiyindən görkəmli mütəfəkkir Əbdülhəmid əbu Süleymanın “Əqidə və hüquqi baxımdan islamda dönüklüyün cəzası” kitabını tərcümə etmək qərarına gəldik. Ümid edirik ki, müəllifin mövzuya ənənədən kənar yanaşması, real və obyektiv şəkildə problemi təhlil edib səmərəli nəticələrlə çıxış etməsi sizlərin marağına səbəb olacaqdır.