Əsas səhifə » Əlcəzairdən Türkiyə limanlarına 4 milyon tondan çox yük daşınıb (ÖZƏL)

Əlcəzairdən Türkiyə limanlarına 4 milyon tondan çox yük daşınıb (ÖZƏL)

Orkhan Qadirzade

Bakı, AzerVoice

2024-cü ilin yanvar-iyul aylarında Əlcəzairdən Türk limanlarına 4 milyon 49 min 157 ton yük daşınıb.

Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Əlcəzairdən Türkiyə 33 min 724 ton yük daşıyıb.

banner

“Bu ilin yanvar-iyul aylarında Əlcəzairdən Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 2 milyon 658 min 109 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində Əlcəzairdən Türkiyəyə Əlcəzair bayrağı ilə üzən gəmilərlə 1 milyon 357 min 324 ton yük çatdırılıb.

2024-cü ilin yanvar-iyul aylarında Əlcəzairdən Türkiyə limanlarına 27 min 889 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2024-cü ilin iyul ayında Türkiyə limanları 32 milyon 203 min 883 ton yük qəbul edib. Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 578 min 844 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 29 milyon 625 min 39 ton olub”, – deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2024-cü ilin iyul ayında Türkiyə limanlarından 6 milyon 460 min 580 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-iyul aylarında Türkiyə limanları 236 milyon 289 min 828 ton yük qəbul edib.

 “Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 17 milyon 455 min 606 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 218 milyon 834 min 222 ton təşkil edib”, – deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-iyul aylarında Türkiyə limanlarından 40 milyon 858 min 235 ton transit yük daşınıb.

Qeyd edək ki, bu ilin iyul ayında Türkiyə limanları 5 min 662 gəmi qəbul edib.

Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 508, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 2 min 154 olub.

2024-cü ilin yanvar-iyul aylarında Türkiyə limanları 34 min 977 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 23 min 298, Türkiyə bayrağı altında olan gəmilər isə 11 min 679 olub.

Digər Kateqoriyalar

2023 © AzerVoice