Əsas səhifə » Əl-Cəzirənin əməkdaşı İsrailin hücumu nəticəsində həlak olub

Əl-Cəzirənin əməkdaşı İsrailin hücumu nəticəsində həlak olub

Hafiz Rufizoglu

Bakı. AzerPress:

Əl-Cəzirənin əməkdaşı Samer Abudaqa İsrailin Xan Yunisdəki hücumu nəticəsində həlak olub.

AzerPress-in məlumatına görə, İsrail qüvvələri tərəfindən həkim qruplarının yaralıya müdaxiləsinin qarşısı alınıb.

“Abudaqa hücumdan sonra ağır yaralandığı üçün hərəkət edə bilmirdi. İsrail qüvvələrinin atəşi həkim qruplarının ona müdaxiləsinin qarşısını alırdı. Beş saatdan sonra Abudaqaya çatan həkimlər onun öldüyünü bildiriblər” – deyə Qəzzalı jurnalist bildirib.

banner

Məlumat üçün qeyd edək ki, İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan Yunus şəhərində yüzlərlə məcburi köçkün fələstinlinin yaşadığı bölgələri hədəf alması nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice