Əsas səhifə » “Ekologiyamızın qorunmasında gənclərin rolu” adlı təlim baş tutub

“Ekologiyamızın qorunmasında gənclərin rolu” adlı təlim baş tutub

Hafiz Rufizoglu

Bakı, AzerVoice

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə 7-14 avqust aralığında “Gənclər həftəsi” keçirilib.

Bu barədə AzerVoice-ə “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyindən məlumat verilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədovun təqdimatında 9 avqust “Ekologiyamızın qorunmasında gənclərin rolu” adlı təlim baş tutub.

banner

Təlim zamanı gənclər ekoloji problemlərin, iqlim dəyişikliklərinin səbəblərini, onların həll yollarını öyrənib, ekoloji biliklərini artırıb, aktual məsələlər barədə geniş məlumatlar əldə ediblər.

Qeyd edək ki, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi tərəfindən keçirilən “Gənclər həftəsi” layihəsi 2023-cü ildə də baş tutub.

Məlumat üçün bildirək ki, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi bu sahədə bir çox işlər görmüşdür. Birlik gənclərin vətənpərvərlik hisslərinin, dövlətçilik dəyərlərinin yüksəldilməsi, gənclərin asudə vaxtlarının səmərəli və öyrədici formada dəyərləndirilməsi məqsədilə gənclər sektorunda mühüm rol oynayan müxtəlif istiqamətlər üzrə çoxsaylı layihələr həyata keçirir.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice