Əsas səhifə » Dünyanın aparıcı gücləri Azərbaycanla hesablaşırlar – Sahil Kərimli

Dünyanın aparıcı gücləri Azərbaycanla hesablaşırlar – Sahil Kərimli

Narmin Ağayeva

Bakı. AzerVoice :

“Son illərdə Azərbaycanda keçirilən bu cür mötəbər və dünya əhəmiyyətli tədbirlər kimi Bakı Enerji Həftəsinin də ölkəmiz üçün çox böyük önəmi var”.

AzerVoice xəbər verir ki, bunu Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.

Siyasi təhlilçi 4-6 iyun tarixlərində Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilmiş 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin əhəmiyyətindən söz açıb.

banner

Onun sözlərinə görə, ilk növbədə, Azərbaycanın nəhəng qlobal enerji layihələrinə müəlliflik etməsi, bu layihələri çox uğurla, peşəkarlıqla həyata keçirməsi, eyni zamanda, Azərbaycanın dünyanın enerji təhlükəsizliyinə verdiyi töhfə, Avropanın enerji təminatı istiqamətində həyata keçirdiyi çox böyük layihələr ölkəmizin dünyada artan nüfuzunu daha da yüksəldir:

“Bu gün dünyanın aparıcı gücləri, ən nəhəng ölkələri Azərbaycanın gücü və qüdrəti ilə hesablaşırlar. Azərbaycana olan inam, etimad, etibar və hörmət daha da artır. Son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi enerji siyasəti və eyni zamanda, dünyanın enerji təminatı istiqamətində həyata keçirilən tədbirlər, habelə siyasət bu gün öz müsbət bəhrələrini verir. Artıq dünyanın əsas gücləri Azərbaycanı Cənubi Qafqazın lider ölkəsi kimi tanımağa məcbur olurlar. Azərbaycan öz siyasəti ilə bölgədə yaratdığı reallıqları, yaxşı mənada, dünyaya diktə edir. Bu istiqamətdə ölkəmiz çox müsbət həm siyasi, həm də iqtisadi dividentlər qazanır və öz hesabına bu dividentləri yazır”.

Digər Kateqoriyalar

2023 © AzerVoice