Əsas səhifə » Dünya modeli kimi Osmanlının iqtisadi sistemi

Dünya modeli kimi Osmanlının iqtisadi sistemi

Hafiz Rufizoglu

Bakı,AzerPress

Osmanlı İmperiyasının sıra ilə paytaxtı olan Bursa, Ədirnə (Adrianople) və İstanbul şəhərləri siyasi inkişa- fın mərkəzində dayanmışdır. II Mehmet və xələfi Bəyazid Avropanın müxtəlif yerlərində xristianların əziyyətinə məruz qalan yəhudiləri tolerantlıqla qarşılamışdır. Yəhudi mültəcilər İstanbul və Selanik kimi liman şəhərlərdə məskunlaşırdılar.

Osmanlıların göstərmiş olduğu tolerantlıq mühacirləri razı salmışdır. Yəhudilərin ən çox məskunlaşdığı yer idarəetmə, maliyyə və iqtisadiyyat mərkəzi olan İstanbulda idi. İspaniyadan İstanbula köçən yəhudilərin sayı otuz altı min idi. Qərbi Avropadan, Serbiya, Yunanıstan və İraqdakı yeni fəth edilmiş bölgələrdən gələn miqrantlar sayəsində bu rəqəm 56490-a çatmışdı. Osmanlı yəhudiləri XVI-XVII əsrdə dünyanın yalnız ən geniş deyil, həm də ən uğurlu cəmiyyəti idi.

II Mehmet Konstantinopoldakı yeni paytaxtı dünyanın ən mühüm iqtisadi mərkəzinə çevirmək istəyirdi. Buna görə də fəthdən sonra şəhəri tərk edən rumları geri çağırmış və onlara tam azadlıq təminatı vermişdir. Padşah rum əhalinin yalnız razı qalması məqsədilə deyil, həm də nailiyyət əldə etməsi üçün can atırdı. Osmanlılar sərbəst dünya ticarətinə böyük əhəmiyyət verirdilər. Məsələn, Sinan Paşanın XV əsrin ikinci yarısında Osmanlı padşahlarına belə bir tövsiyəsi vardır: “Torpaqlarında tacirlərə lütfkarlıq göstər, hər zaman onları qoru və heç kimin onları narahat etməsinə icazə vermə, çünki onların ticarəti sayəsində bu ölkə inkişaf edir”. Osmanlının Fransa kapitulasiyası Avropa kapitalizminin inkişafına böyük töhfə vermişdir.
Osmanlı İmperiyası mövqeyinə görə Şərqə gedən quru yolu nəzarətində saxlamışdır. Nəticədə ispaniyalı və portuqaliyalı dənizçilər yeni yollar kəşf etmişdir. İmperiya Marko Polonun istifadə etdiyi ipək yolunu da nəzarətində saxlayırdı. Xristofer Kolumb 1492-ci ildə Amerikaya getdiyi zaman Osmanlı İmperiyası inkişafın zirvəsində idi və üç qitəyə hakim olan iqtisadi bir gücü vardı. Müasir tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Osmanlı ilə Mərkəzi Amerika arasındakı əlaqələrin səbəbi yeni dəniz marşrutlarının tapılması idi. Şərqə gedən torpaq yolların (Qərbi Avropanın Orta Şərq və Aralıq dənizini keçib gedən okean marşrutlarını açması ilə) əhəmiyyətini itirməsi Osmanlı İmperiyasının zəifləməsinə paraleldir.

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice