Əsas səhifə » Fələstinə 14-20 milyard dollarlıq ziyan dəyib

Fələstinə 14-20 milyard dollarlıq ziyan dəyib

Naile Babazade

Bakı, AzerVoice

Dünya Bankının prezidenti Acay Banqanın sözlərinə görə, Fələstindəki hərbi əməliyyatların nəticəsində təxminən 14-20 milyard dollar dəyərində dağıntı baş verib.

 AzerVoice xəbər verir ki, Banqa vurğulayıb ki, Dünya Bankının BMT və Aİ ilə birlikdə apardığı cari hesablamalar Fələstində əmlaka dəyən ziyanın 14-20 milyard dollara çatdığını göstərir.

O bildirib ki, bu müharibənin iqtisadi ziyanı onun nə qədər genişlənəcəyindən asılıdır. “Əgər genişlənməzsə, Qəzza və Fələstinin qlobal iqtisadiyyata nisbətən az təsiri olduğuna görə, bu, dünya iqtisadi sisteminə nisbətən az zərər verəcək,” – deyə Banqa qeyd edib.

banner

Lakin o əlavə edib ki, münaqişənin regiona yayılması tamamilə fərqli bir problem yaradacaq, çünki bu halda təsirlər dünya iqtisadiyyatına daha çox töhfə verən bölgələrə, o cümlədən metallar və neft kimi resurslarla zəngin ölkələrə də təsir göstərəcək.

Digər Kateqoriyalar

2023 © AzerVoice