Əsas səhifə » DTX-də “Vətən müharibəsi qəhrəmanı” adına layiq görülən 7 əməkdaş xidmət edir – Əli Nağıyev

DTX-də “Vətən müharibəsi qəhrəmanı” adına layiq görülən 7 əməkdaş xidmət edir – Əli Nağıyev

Tasnim Rufizgizi

Bakı. AzerVoice:

Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirlərində böyük inam və əzmlə Ali Baş Komandanın ətrafında sıx birləşərək qələbənin əldə olunmasına digər hərbi strukturlar kimi Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti də öz töhfəsini vermişdir.

AzerVoice xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 105 illiyi münasibətilə keçirilmiş təntənəli tədbirdəki çıxışı zamanı deyib.

Qürurverici haldır ki, bu gün artıq Dövlət Təhlükəsizliyi Xidmətində “Vətən müharibəsi qəhrəmanı” adına layiq görülmüş 7 əməkdaş xidmət edir.

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice