Əsas səhifə » DQİDK Xaçmazda seminar keçirib

DQİDK Xaçmazda seminar keçirib

Fərid Mikayilov

Bakı, AzerVoice

Aprelin 4-də Xaçmaz şəhəri “Təzə şəhər” məscidində, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin dəstəyi və Xaçmaz şəhəri “Təzə şəhər” məscidi dini icmasının təşkilatçılığı ilə “Aprel döyüşləri: Şanlı Zəfərə aparan yol” mövzusunda seminar keçirilib. Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Elnur Ağasiyev, Qafqaz Müsəlmanları İdarəsinin Xaçmaz rayonu üzrə səlahiyyətli nümayəndəsi Yaşar Rzayev, şəhid ailələri, qazilər, din xadimləri iştirak edib.

AzerVoice zəbər verir ki, Seminarda qeyd edildi ki, 2016-cı ilin aprel ayının əvəllərində düşmən ordunun növbəti təxribatına ölkəmizin hərbi qüvvələri tərəfindən layiqli cavab verilmişdir. Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Döyüşlər nəticəsində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi erməni qüvvələrindən tam təmizləndi. Horadiz şəhərinin erməni təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəklik də Azərbaycan qüvvələrinin nəzarətinə keçdi.

Seminarda Azərbaycanın suverinliyi uğrunda şəhid olmuş həmvətənlərimizin əziz ruhu yad edildi və bildirildi ki, 2016-cı ilin Aprel döyüşləri Şanlı Zəfər yolunda ölkəmizin hərbi sahədə ilk mühüm qələbələrindəndir, bu qələbə düşmən orduya Azərbaycan ordusunun böyük gücünü göstərdi. Aprel döyüşləri Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə Şanlı Zəfərə aparan yol oldu.

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice