Əsas səhifə » Donald Tramp sənədləri saxtalaşdırmaqda təqsirli bilinib

Donald Tramp sənədləri saxtalaşdırmaqda təqsirli bilinib

Yamin Savalanli

Bakı. AzerVoice:

Nyu-Yorkda münsiflər heyəti ABŞ-ın sabiq prezidenti Donald Trampı sənədləri saxtalaşdırmaqda təqsirli bilib.

AzerVoice-in məlumatına görə, bu barədə Amerika KİV-ləri xəbər verib.

Məlumata əsasəb, münsiflər heyəti D.Trampı bütün 34 maddə üzrə təqsirli bilib. İndi məhkəmə ABŞ-ın keçmiş prezidentinin cəzasını müəyyən etməlidir.

banner

Bu həftənin əvvəlində Nyu-Yorkda 12 nəfərlik münsiflər heyəti D.Trampın cinayət işini müzakirə etməyə başladı. Amerikanın 45-ci prezidentinin işi üzrə dinləmələr bu ilin aprelində başlayıb.

Bu, ABŞ tarixində ilk dəfədir ki, keçmiş dövlət başçısı cinayət işi üzrə məhkəmə qarşısına çıxarılır.

Digər Kateqoriyalar

2023 © AzerVoice