Əsas səhifə » Dohada uğur qazanan ağırlıqqaldırma üzrə yığma Vətənə qayıdıb

Dohada uğur qazanan ağırlıqqaldırma üzrə yığma Vətənə qayıdıb

Laman Asadli

Bakı. AzerPress:

Qətərin paytaxtı Dohada keçirilən ağırlıqqaldırma üzrə Qran-Pridə iştirak edən Azərbaycan yığması Vətənə dönüb.

İdman.biz xəbər verir ki, komanda Heydər Əliyev Beynəlxalq Hava Limanında coşquyla qarşılanıb.

Uğur qazanan Dadaş Dadaşbəyli və baş məşqçi Emil Əliyev yarış barədə təəssüratlarını bölüşüblər.

banner

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə atletlərimizdən Dadaş Dadaşbəyli fərqlənib. O, 109 kq çəki dərəcəsində təkanla qaldırma hərəkətində gümüş, birdən qaldırma hərəkəti və toplam 388 (176+212) kq nəticə ilə yekun sıralamada qızıl medal qazanaraq yarışı çempion kimi başa vurub.

İdman.biz

Digər Kateqoriyalar

2023 © AzerVoice