Əsas səhifə » Dini icmalar tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində kompaniya keçirilib

Dini icmalar tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində kompaniya keçirilib

Fərid Mikayilov

Baku, AzerVoice

024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi münasibətilə dini icmaların ətraf mühitin qorunması, ekoloji problemlərin həlli kimi məsələrdə aktiv iştirakını təmin etmək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin təşəbbüsü, Quba şəhərində və rayonda fəaliyyət göstərən dini icmaların təşkilatçılığı və iştirakı ilə Quba şəhərində və rayonda yerləşən məscidlərin ətrafında, həyətlərində və binalarında təmizlik-abadlıq, yaşıllaşdırma işləri aparılmışdır. 10 fevral tarixində həyata keçirən tədbirdə Quba şəhərinin “Səkinə xanım”, “Cümə” və “Ərdəbil” məscidləri, Quba rayonu Susay, Ağbil, Digah, Birinci və İkinci Nügədi kəndlərində yerləşən məscidlərin dini icma və din xadimləri, dindarlar fəallıq göstərmiş, kompaniyaya Qusar şəhəri “Mustafa Kazdal” və Şabran rayonu Rəhimli kənd məscidləri də qoşulmuşdur.

Kompaniya çərçivəsində məscidlərin həyətyani sahələrində yaşıllaşdırma işləri aparılmış, qələmlər əkilmiş, qulluq olunmuş və “Yaşıl dünya naminə həmrəylik” ilinə töhfə olunmuşdur.

Digər Kateqoriyalar

2023 © AzerVoice