Əsas səhifə » Dimbos zəfəri necə qazanıldı?

Dimbos zəfəri necə qazanıldı?

admin

Bakı, AzerPress

OSMANLI DÖVLƏTİ TARİXİ

Osman Qazi Bafey döyüşündəki qələbədən sonra bölgənin əhəmiyyətli şəhərlərindən biri olan Bursaya köçdü.

Bizans imperatoru, Bafey zəfərindən sonra mühüm təhlükəyə çevrilən Osman Qazini dayandırmaq üçün Bursa ətrafındakı canişinlərə da əmr verdi.

banner

Bursa, Kestel, Uçurtma, Adranos və Bidnos Bizansa tabe olan canişinlər birləşib, Yenişehir düzünü Bursa düzündən ayıran Dimbos aşırımından keçərək Osman Qazinin mərkəzi olan Yenişehirə doğru getdilər.

Osmanlı qoşunları Koyunhisarıda düşmənlə qarşılaşdıqda Bizansın canişinləri orduları ilə, Dimbos aşırımına çəkildilər.

1303-cü ildə, Dimbos aşırımındakı döyüşdə Osman Qazi qalib gəldi.

Dimbosun qələbəsi ilə Bursa düzənliyi və Ulubada qədər Uludağ Türkmən üçün yaşam yerlərinə çevrildi.

Silsilə xəbərlər

Digər Kateqoriyalar

2023 © AzerVoice