Bakı. AzerPress:
İngiltərə xarici işlər naziri Devid Kemeron BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – “COP28” konfransı çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən Şotlandiyanın baş naziri Həmzə Yusifi hədələyib.
AzerPress xəbər verir ki, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Həmzə Yusifin Türkiyə prezidenti ilə görüşünün protokolun pozulması olduğunu bildirib.
Məlumata əsasən, Kemeron Şotlandiya baş nazirinin Britaniya rəsmilərinin müşayiəti olmadan Türkiyə prezidenti ilə görüşməsindən sonra Xarici İşlər Nazirliyinin Şotlandiya nazirlərinə verdiyi dəstəyi geri götürəcəyi barədə xəbərdarlıq edib.
Şotlandiya baş nazirinin sözçüsü isə Britaniya rəsmisinin görüşdən xəbərdar olduğunu və görüşə dəvət edildiyini bildirib.
Qeyd edək ki, 30 noyabr tarixində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – “COP28” konfransı öz işinə başlayıb.