Əsas səhifə » Dəməşq Tehran təsirindən qurtulmağa çalışır

Dəməşq Tehran təsirindən qurtulmağa çalışır

Azer Voice
İddia olunur ki, Suriyadakı İran kosulluğunun kordinatları, Hizbullah döyüşçülərinin ölkə ərasizindəki koordinatlarını İsrail ordusuna məhz Suriya xüsusi xidmət orqanları verib

Bakı,AzerVoice

Qəzza müharibəsi nətəcəsində regionda yaşanan hadisələr , xüsusən də İsrailin Suriyada İrana məxsus  konqulluğu  bombalaması regionda ciddi hadisələrin cərəyan etdiyini açıq şəkildə ortaya qoydu. Nəticədə İran İnqilab Keşikçiləri Korpusunun üzvlərini Suriyadan  təxliyə etdi qədim ərəb toprpağında öz varlığını azaltdı.

Analitiklər hesab edirlər ki, Dəməşqin İran konsulluğunu  bombalaması sonrası nümayiş etdirdiyi neytrallıq əslində president Bəşşar Əsədin ölkəsini İran təsirindən uzaqlaşdırğama yönəlmiş siyasətin tərkib hissəsidir.
İddia olunur ki, Suriyadakı İran kosulluğunun kordinatları, Hizbullah döyüşçülərinin ölkə ərasizindəki koordinatlarını İsrail ordusuna məhz Suriya xüsusi  xidmət orqanları verib.
Bütün bunlar hələ rəsmi təsdiqini tapmasa da, artıq “Şiə Ayparasında” çatın olduğu hesab edilir.
Qeyd edək ki,  regionda İran İnqilab Keşikçiləri Korpusu ilə yanaşı İran üçün olməyə hazır, on minlərələ İraq, Əfqanıstan və Pakistandan gələn fanatik qruplar da var.

banner

Suriya ərazisində İrana bağlı qeyri-suriyalı silahlı qruplaşmalardan olan mənbələr İranın İnqilab Keşikçiləri Qvardiyasının üzvlərini Suriyadan çıxarmaq üçün planlar hazırladığını açıqlayıblar.İsrailin artan təzyiqinə görə, onlar Suriyanı Dəməşq Beynəlxalq Hava Limanı vasitəsilə təxliyə etmək, həmçinin Suriya-İraq sərhədindən gizlicə geri keçmək planları hazırlayıblar. Paralel olaraq, İsrailin hücumundan sonra “qvardiya” rəhbərləri Dəməşq çölündəki məlum qərargahlarını boşaldıb və Livana yaxın ərazilərə köçüblər.

“Seyyidə Zeynəb” İran İnqilab Keşikçiləri Korpusunun qərargahıdır

Dəməşqin cənubunda İranın varlığı və tərəfdarlarının əsas qalası olan Seyyidə Zeynəb bölgəsində İran İnqilabının Əlaqələndirici Qüvvələrinin komandirinin, eləcə də onlara sadiq milislər olan silahlı ünsürlərin əsas qəragahı və qalası hesab edilir.

Bu gün Seyyidə Zeynəbdəki silahlılar əsasən Livan Hizbullahının üzvləri, İran, İraq, Livan, Pakistan və Əfqanıstandan gələn müxtəlif radikal şiələrdən ibarətdir.

Seyyidə Zeynəbin şimalındakı Hacirə qəsəbəsindəki yerli sakinlər iddia edirlər ki, “Burada (rəhbərin –İranın Ali Dini rəhbərinin) və İranın dini və hərbi liderlərinin qərargahı yerləşir, lakin İsrail ərazini bombalamağa başladığından, onları görmək demək olar ki mümükün deyil.”

Suriyanın hökumətə yaxın olan “Əl-Vətən” qəzeti iranlı hərbi müşavirlərin ölkədən getməsi ilə bağlı mətbuatda yayılan xəbərlərlə bağlı deyib ki, “İran Suriyada öz hərbi qüvvəsi ilə ilə olab və heç zaman geri çəkilməyəcək”.

İran müharibənin ilk illərindən siyasi, hərbi və iqtisadi baxımdan Suriya rejiminin ən bariz dəstəkçilərindən biri olub. Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, İran İnqilabı Keşikçiləri Korpusunun 3 minə yaxın döyüşçüsü və hərbi məsləhətçisi Suriyada yerləşdirilib. Amma Tehran  Suriyada yalnız hökumət qüvvələrinə yardım edən “məsləhətçilərin” olduğunu  iddia edir.

Liderlik və təsir imkanları

Hizbullah Suriyadakı şiə milislərinin ən əsas gücüdür.  Hizbullaha yaxın mənbənin verdiyi məlumata görə, təşkilat liderləri Suriyadakı şiə milisləri arasında qabaqcıl mövqe tuturlar, çünki onlar İran İnqilabı Keşikçiləri Korpusunun liderlərindən sonra ikinci pillədədirlər.

Mənbə qeyd edir ki, “Təşkilat üzvlərı sıravi suriyalı şiə milislərdən qat-qat üstündürlər və onlara dəyən ziyana görə, kompensasiya alırlar. Suriyalı silahlılara isə hər hansı kompensasiyadan söz gedə bilməz, onlar öz vətəndalərini qoruyurlar.Digər tərəfdən Hizbullah üzvləri, daha elit və daha səviyyəlidir. Hətta onlar Suriyda olan sünni çoxunluğu qəzəbləndirməməyə və onlarla minimum ünsiyyat saxlamağa çalışırlar. Hətta Hizbullah döyüşşüləri dəfələrlə yerli sünniləri polis və ordu mənsublarının ədalətsiz hərəkətlərindən qoruyublar. Hizbullah liderləri İraq və ya İran (ünsürlər) ilə yaranan gərginliyi sakitləşdirmək üçün müdaxilə edirlər. Biz onlarla uzun müddət əməkdaşlıq edirik və onlar bizim həssaslığımızı və düşüncə tərzimizi başa düşürlər”.

İraqda nəzarətsiz olan milislərdə fərqli olaraq Suriya , hakimiyyəti üçün “Hizbullah” üzvlərinin və liderlərinin nizam-intizamı müsbət elementdir.

Qeyd edək ki, İranın Livan, İraq və Yəməndəki müttəfiqlərindən fərqli olaraq, Suriyadakı yüksək orqanlar Qəzza müharibəsinə cəlb edilməməkdə maraqlı idilər, buna görə də İsrailin işğal etdiyi Colan Təpələri cəbhəsi nisbətən sakit qaldı və oradakı hərəkətlər atışmalarla məhdudlaşdı.

Təbii ki, Tehran Əsədin bu münasibətini anlaya bilmir. Əsədin taxtını qoruyan İran üçün Qəzzada baş verən hadisələrə səssiz qalmaq molla rejimini ciddi şəkildə narahat edir. Ən azından ona görə ki,bu gün Qərb ilə dialoqa can atan Əsədin taxtının qorunması üçün İran minlərlə qurban verib. Bu qurbanlar İran ordusundan olmasa da İrana bağlı qüvvələrdən olub, xüsusən də Hizbbulahdan.

Suriya hakim dairələrində isə qəti fikir formalaşıb – “ İran Suriyasız bölgədə heç nə edə bilməz, məhz elə buna görə də Əsədi qorumaq üçün Tehran bu  qədər qurban verib

Suriyadakı iraqlı şiə milislər isə daha fərqli yanaşma nümayiş etdirirlər. Onlar hesab edirlər ki, Hizbullah döyüşçülərindən fərqli olaraq, onlar xalq ilə daha yaxşı davranılar və suriyalılar sünni olmalarına rəğmən onlara daha çox güvənilər. Bu onunl izah edilir ki, İraqın din alimləri Suriyalılar arasında da mötəbər sayılırlar.
Suriyada yerli əhali iddia edir ki,Livandan olan Hizbullah döyüşçüləri, ölkə ərazisindaki iraqlı,əfqanıstanlı və pakistanlı şiə milislərdən daha dindardırlar.
İraq milisləri Suriyanı özlərinin təbii və bəşəri bir uzantı olaraq görürlər və bu yolla onların Suriyaya baxışı İraqın keçmiş prezidenti Səddam Hüseynin baxışından fərqlənmir. İraqlı,əfqanıstanlı və pakistanlı şiə milisləri bütün şəhərlərdə hətta gecə klublarında görmək olar bu da öz növbəsində ciddi  təhlükəsizlik riski yaradır.

Suriya-İran münasibətlərində parlaqlıq azalır

İsrailin “Suriya rejiminin müdafiəsi üçün döyüşən” bir çox yüksək rütbəli iranlı zabitləri məhv etməsi və prezident Əsədin İrana sadiq olan Suriya təhlükəsizlik və hərbi liderlərini (general-mayor Cəmil əl-Həsən,Hərbi Hava Qüvvələrinin Kəşfiyyat Departamentinin direktoru və Hərbi Kəşfiyyat Şöbəsinin direktoru general-mayor Məhəmməd Mahalla) təqaüdə göndərməsi Dəməşq-Tehran münasibətlərinin əvvəlki kimi parlaq olmadığını söyləməyə əsas verir.

Tehran həmçinin anti-İran meylləri ilə tanınan general-mayor Kifah Məlhəmin Suriyada Milli Təhlükəsizlik İdarəsinin rəhbəri təyin edilməsindən narahatdır.

Suriyanın bu addımı İsrailin İran konsulluğunu  bombalaması fonunda Tehranı olduqca narahat edir və molla rejiminin “Dəməşq – Tel-Əviv” ortaqlığına olan şübhələrini daha da artırır.
Siriyada isə hesab edirlər ki, molla rejimi və onların dəstəkçiləri onlara açıq şəkildə xəyanatə etməyə başlayıblar. Buna misal olaraq, “İsraili yer üzündən silmək” arzusu ilə varlığını sürdürən, “Şiə Ayparasının” və “İslam müqavimətinin” ayrıslma hissəsi olan Livanın 2022-ci ilin oktyanrında İsrail il dəniz sərhəddə haqqında sazişi imzalaması göstərilir.
İranın Dəməşqi daha çox məhdudiyyətlərlə buxovlamaq istəyi və Tehranın Dəməşdən borclarını istəməsi Əsəd hökümətini qıcıqlandırmaya bilməz.

Qeyd edək ki, keçən avqust ayında Tehranın Suriyadakı müharibəyə 10 il ərzində 50 milyard dollar xərcləməsi ilə bağlı İran prezidentliyi tərəfindən “gizli” kimi təsnif edilən bir hökumət sənədi mediaya sızdı.
Daha sonra bu  sənəd Tehran mediası tərəfindən Suriyanın İrana borcu kimi  təqdim edildi (fosfat və neft və digər resursların nəqli üçün ödəmələr). Suriya rəsmiləri həmin sənədi təkzib etmək üçün iranlı həmkarlarına müraciət etdikdə, onlar medianın iddialarını şərh etmədikləri bildirdilər.

Artıq Suriya rəsmiləri da  açıq şəkildə olmasa da İrandan  narahatlıqlarını dilə gətirməyə başlayıblar. İki ölkə arasında münasibətlərin gedişatını izləyən mənbələr adı açıqlanmayan Suriya rəsmisi belə deyir:

“Biz iranlıları izlədik, lakin onların vədlərinin çoxunun yerinə yetirilmədiyi məlum oldu və indi biz məngənədən çıxış yolu tapmağa çalışırıq. Bu bizim fürsətimizdir və biz ölkənin gələcəyi naminə bunu araşdırmalıyıq”.

Qəzza hadisələri

Bundan əlavə, Qəzza müharibəsi Tehran və Dəməşq arasında yanaşma və maraqlar baxımından fikir ayrılığının yaranmasına səbəb olub.
Dəməşq Qəzza müharibəsi ilə bağlı neytral mövqe sərgiləyərək, Qərb ölkələri ilə münasibətlərini və normallaşdırmaq istəyindədir. Maraqlısı odur ki, 1990-cı ildə Suriya İraqın Küveyti işğal etməsi zamanı  Səddəam Hüseyn əleyhinə beynəlxalq koalisiyaya qatılmışdı.

Son zamanlar Suriya-İran münasibətlərinin zəiflədiyini göstərən amillər təkcə bununla kifayətlənmir. Belə ki,əvvəlki illərdən fərqli olaraq Suriyada keçirlən bir çox tədbirdə nə “rəhbərin” və iranlı “qəhrəmanların”  (Qasim Süleymani) fotoşəkilləri asılmır.Bu tədbirlərdə əvəvlki illərdən fərqli olaraq  “şəhid ailələri” və “Fələstin qrupları” sözləri də istifadə olunmayıb.

Digər bir göstərici Suriyanın hökumət ərazilərində yanacaq böhranının (benzin, dizel) yenidən güclənməsidir ki, bu da Dəməşqin əsas yanacaq təchizatçısı olan Tehranın artan təzyiqinin göstəricisidir.

Rusiya haradadır?

Dəməşqin yaxın müttəfiqi, 2015-ci ilin sentyabr ayının sonunda hərbi müdaxiləsi qüvvələr balansını alt-üst edən Rusiyanın mövqeyinə gəlincə, siyasi ekspertlər hesab edir ki, “Ruslar regionda Amerika-İran razılaşmasından ehtiyat edirdilər. “Əl-Əqsa tufanı” əməliiyatından  sonra, onlar hərbi və siyasi varlıqlarını aktivləşdirdilər və Dəməşqlə əlaqələrini gücləndirmək üçün təşəbbüs göstərdilər.Bu baxımdan, Rusiya prezidenti Vladimir Putin əsas ərəb ölkələri və İsraillə təmaslar vasitəsilə (Suriya) rejimini Qəzza müharibəsindən çəkindirmək üçün birbaşa rol oynadı. Rusiyanın Suriyada oynadığı rol spzün əsl mənasında Tehranda “siyasi qısqanclıq” oyatdı. Hal-hazırda Moskva Amerikada prezident seçkilərinin nəticələrini gözləyərək Suriyada gərginliyin azaldılmasına ümid edir.Onlar Livanın cənubunda hər hansı eskalasiyadan narahatdırlar. Ruslar Ukrayna ilə məşğul olduqları üçün indi Suriyada yaranan İran boşluğunu doldurmaq təşəbbüsü ilə çıxış etməyiblər”

İran Ərəb Liqası daxilində Suriyanın səsindən istifadə etməkdə maraqlıdır, lakin Dəməşqin Colan Cəbhəsini iranlılara açmaqdan imtina etməsi və neytral qalması , həm “rəhbəri” həm də digərlərini qəzəbləndirin və məyus edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice