Əsas səhifə » Cüdo üzrə Bakı şəhər çempionatı keçiriləcək

Cüdo üzrə Bakı şəhər çempionatı keçiriləcək

admin

Noyabrın 2-3-də ilə cüdo üzrə kişilər və qadınlar arasında Bakı şəhər çempionatı keçiriləcək.

İdman.biz xəbər verir ki, turnir Azərbaycan Cüdo Federasiyası (ACF) və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birlikdə təşkil olunacaq.

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutacaq yarışda qadınlar və kişilər arasında 14 çəki dərəcəsində qaliblər bəlli olacaq. Yarışda Bakının 39 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 228 cüdoçu medallar uğrunda mübarizə aparacaq. Yarışın əsas məqsədi gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.

Qeyd edk ki, turnir dekabr 15-18-də keçiriləcək qadınlar və kişilər arasında Azərbaycan çempionatına seçim xarakteri daşıyır.

banner

İdman.biz

Digər Kateqoriyalar

2023 © AzerVoice