Əsas səhifə » Çirmən döyüşünün əhəmiyyəti nədir?

Çirmən döyüşünün əhəmiyyəti nədir?

admin

Bakı, AzerPress:

1360-cı illərin ortalarında Osmanlı fəthləri ilə hərtərəfli mühasirəyə alınan Ədirnənin fəthinə başlanıldı. Şəhər əhalisi heç yerdən kömək ala bilmədi və şəhəri təslim etmək məcburiyyətində qaldılar. Ədirnənin fəthi Osmanlının Avropada möhkəmləndiyini göstərən əsas hadisə idi.

Bu fəth Balkanlar və Avropada olduğu kimi Anadolu türk tarixi üçün də dönüş nöqtəsi oldu. Bundan sonra 1371-ci ildə Çirmən zəfəri ilə Ədirnə və Qərbi Trakyanın idarəsi ələ keçirildi. Artıq Meriç çayı tamamilə Osmanlı nəzarəti altında idi. Balkanlarda Osmanlıya qarşı yaradılmağa çalışılan müqavimət qırıldı və Macarıstanın Balkanlarda nüfuzu zəiflədi. Bundan əlavə, Çirmən döyüşündən sonra Makedoniyadakı Serb knyazlıqları, Bolqar kralı və Bizans imperatoru Osmanlı hakimiyyətini tanıdılar.

Bu döyüşdən sonra Trakyanın Qara dəniz sahili bolqarlardan alındı. Beləliklə, Bizansın Avropa ilə son quru yolu əlaqəsi kəsildi. Osmanlı qoşunları daha sonra Mərkəzi Bolqarıstana qədər irəlilədi və 1385-ci ildə Sofiyanı fəth etdilər, qərbi Trakya və Makedoniyanın bir hissəsi alındı. Kavala, Dram, Serres və Saloniki fəth edilərək, Albaniyaya qədər irəlilədilər.

banner

Silsilə xəbərlər

Ləman Əsədli

Twitter: lamanasadli01

Digər Kateqoriyalar

2023 © AzerVoice