Əsas səhifə » Çində zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb

Çində zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb

Tasnim İsmixan

Bakı. AzerPress:

Çinin şimal-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb.

AzerPress-in məlumatına görə, bu barədə Çin Mərkəzi Televiziyası xəbər verib.

Məlumata əsasən, 113 nəfər ölkənin şimal-qərbindəki Qansu əyalətində, 18 nəfər qərbindəki Tsinxay əyalətində ölüb.

banner

Qeyd edək ki, Çinin şimal-qərbindəki Qansu əyalətində Pekin vaxtı ilə dekabrın 19-u gecə yarısı maqnitudası 6,2 olan yeraltı təkanlar qeydə alınıb.

Zəlzələnin episentri 10 km dərinlikdə yerləşib.

Digər Kateqoriyalar

2023 © AzerVoice