Əsas səhifə » Çin Prezidenti Qazaxıstana rəsmi səfər edib

Çin Prezidenti Qazaxıstana rəsmi səfər edib

Fərid Mikayilov

Bakı,VOA

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Çin Xalq Respublikasının Prezidenti Si Cinpini Alamatı hava limanında qarşılayıb.

VOA xəbər verir ki, hava limanında Cinpinin şərəfinə qarşılama mərasimi təşkil olunub.

Qazaxıstan və Çin xalqları arasında dostluğun əlaməti olaraq Si Cinpin və rəsmi nümayəndə heyətinin üzvləri əllərində iki ölkənin bayraqlarını tutan və çin dilində mahnı oxuyan uşaqlar tərəfindən qarşılanıb.

banner

Səfər proqramına yüksək səviyyədə ikitərəfli danışıqların aparılması və bir sıra mühüm sənədlərin imzalanması daxildir.

Qeyd edək ki, Cinpin, Tokayevin dəvəti ilə Qazaxıstan Respublikasına rəsmi səfərə gəlib və iyulun 4-dək orada qalacaq.

Si Cinpin həmçinin Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının 24-cü iclasında iştirak edəcək.

Digər Kateqoriyalar

2023 © AzerVoice