Əsas səhifə » Çikaqo Şəhər Şurası Qəzzada atəşkəsə çağırıb

Çikaqo Şəhər Şurası Qəzzada atəşkəsə çağırıb

Hafiz Rufizoglu

Bakı. AzerVoice:

Çikaqo Şəhər Şurası Qəzzada atəşkəsə çağırıb.

AzerVoice-nin məlumatına görə, bu barədə Çikaqo yerli hakimiyyəti bildirib.

Aylarla davam edən etirazlardan sonra Çikaqo yerli hakimiyyətin Qəzza zolağında atəşkəsə çağırdığı ABŞ-ın ən böyük şəhəri oldu.

banner

Çikaqo Şəhər Şurası 23 lehinə, 23 əleyhinə səslə qətnamənin təsdiqinə səs verdi və həlledici səs Qəzza zolağında atəşkəsin lehinə səs verən Bələdiyyə Başçısı Brandon Johnsonun olub.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 27 min 238 nəfərə çatıb.

Hafiz Rufizoğlu

Digər Kateqoriyalar

2023 © AzerVoice