Əsas səhifə » Canni İnfantino: “Azərbaycan FİFA-da tanınan və dəstəklənən bir ölkədir”

Canni İnfantino: “Azərbaycan FİFA-da tanınan və dəstəklənən bir ölkədir”

Fərid Mikayilov

Bakı, AzerVoice

“16 illik fəaliyyətinizdə böyük işlər görmüsünüz”.

İdman.biz xəbər verir ki, bu sözləri FIFA-nın prezidenti Canni İnfantino video vasitəsi ilə AFFA-nın Hesabat-Seçki Konfransında öz fikirlərini bildirib.

Qurum rəhbərinin sözlərinə görə, bütün illər ərzində Azərbaycan futbolu dəyişərək böyük uğurlar yaradıb: “Siz “FİFA Series” matçlarına ev sahibliyi də etdiniz. Azərbaycanda futbolu necə inkişaf etdirmək olar barəsində daima danışıqlar aparmışıq. Qadın futbolunda böyük uğurlara imza atmısınız. FİFA qlobal miqyasda böyük uğurlara imza atdı. Azərbaycan da FİFA-da tanınan və dəstəklənən bir ölkədir”.

banner

İdman.biz

Digər Kateqoriyalar

2023 © AzerVoice