Əsas səhifə » Cəməl döyüşü haqqında nə bilirik?

Cəməl döyüşü haqqında nə bilirik?

Azer Voice

Bakı,AzerVoice

656-cı ildə IV xəlifə Əli ibn Əbu Taliblə Məhəmməd peyğəmbərin həyat yoldaşı Aişə bint Əbu Bəkrin orduları arasında baş vermiş İslam tarixinin ilk vətəndaş müharibəsi. 656- cı ildə III xəlifə Osman ibn Əffanın Mədinədə üsyançılar tərəfindən qətlə yetirilməsindən sonra, hakimiyyətə gətirilən Əli ibn Əbu Talibin qarşısına qoyulan ilk tələb sələfi Osman ibn Əffanın qatillərinin cəzalandırılması idi.

Digər tərəfdən, xəlifə Mədinədən kənardakı əyalətlərin biət etməyən valilər problemini də həll etməli idi. Osman ibn Əffan günahsız yerə öldürüldüyü üçün qatillərinin cəzalandırılması tələbi ilə Məhəmməd peyğəmbərin yoldaşı Aişə bint Əbu Bəkrin rəhbərlik etdiyi müxalifət qrupuna Osman ibn Əffanın qanının yerdə qalmamasını tələb edən qəbiləsi Ümeyyəoğulları, onun təyin etdiyi Bəsrə və Yəmən valiləri, xəlifədən Bəsrə və Kufə valiliyini istədikləri halda qəbul edilməyən Təlhə və Zübeyr də qoşuldu.

banner

Həmçinin oxuyun
İslamdan öncə Muhəmməd adı istifadə olunurdu?

Bəsrə yaxınlığında baş verən və Aişə bint Əbu Bəkrin müxalifət ordusunu öz dəvəsi üzərindən idarə etdiyi üçün “Cəməl vəqəsi” (Dəvə hadisəsi) adlandırılan döyüşdə xəlifənin orduları qalib gəldi, Təlhə və Zübeyr döyüş əsnasında öldürüldü, Aişə bint Əbu Bəkr isə bağışlanaraq Mədinəyə göndərildi.

İslam tarixinin ilk vətəndaş müharibəsi hesab olunan bu döyüş müsəlmanlar arasında hərbi yolla həll edilməyə çalışılan ilk ciddi siyasi bölünmənin başlanğıcı olmuşdur.

Digər Kateqoriyalar

2023 © AzerVoice