Əsas səhifə » Bursa və İznik necə fəth edildi?

Bursa və İznik necə fəth edildi?

admin

Bakı,AzerPress:

OSMANLI DÖVLƏTİ TARİXİ

Osman Qazi Bursanı hələ 1300-cü illərdə mühasirəyə almışdı. Osman Qazinin xəstəliyi səbəbindən 1324-cü ildən bəylik idarəsini öz üzərinə götürən Orxan Qazi Bursaya təzyiqləri yenidən davam etdirdi. Nəticədə Bursa idarəçiliyi şəhəri təslim etmək məcburiyyətində qaldı. Bundan sonra bəyliyin mərkəzi Yenişehirdən Bursaya köçürüldü. Bursa Fətrət dövrünə qədər Osmanlı dövlətinin paytaxt şəhəri olaraq qaldı.

1329-cu ildə Osmanlı dövləti ilə Bizans İmperiyası arasında baş verən Pelekanon (Maltəpə) döyüşündə Bizans ordusunun məğlubiyyəti imperiyanın sonunu gətirən əsas faktor oldu. Orxan Qazi 2 mart 1331-ci ildə İzniki fəth etdi. İznikin fəthi Osmanlılara yüksək nüfuz qazandırdı. Daha sonra Birinci Səlib yürüşü zamanı itirilən bu şəhər Türkiyə Səlcuqlarının ilk paytaxtı idi. Səlcuqlar və digər Anadolu bəylikləri İzniki Bizansdan almaq üçün çox səy göstərsələr də cəhdləri heç bir nəticə vermədi. İznikdən sonra 1337-ci ildə İzmit Osmanlılar tərəfindən fəth edildi.

banner

Silsilə xəbərlər

Ləman Əsədli
Lamanasadli01

Digər Kateqoriyalar

2023 © AzerVoice