Əsas səhifə » Bu iki ölkə Ukraynaya böyük məbləğlərdə yardım edəcək

Bu iki ölkə Ukraynaya böyük məbləğlərdə yardım edəcək

Narmin Ağayeva

Bakı, AzerVoice

Portuqaliya və Avstraliya Ukraynaya böyük məbləğdə yardım edəcək.

AzerVoice bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, Vaşinqtonda keçirilən sammit zamanı Portuqaliyanın Baş naziri Luis Monteneqro ölkəsinin Ukraynanı qeyd-şərtsiz dəstəklədiyini bəyan edib.

banner

“Mən onu da bildirmək istəyirəm ki, bu il bir qədər sonra biz verilən 126 milyon avroya daha 95 milyon avro əlavə edəcəyik”, – Monteneqro qeyd edib.

Bundan başqa, Avstraliya da Ukraynaya təxminən 250 milyon dollar dəyərində hərbi yardım verəcək.

“Hökumət Avstraliyanın 250 milyon dollar dəyərində ən böyük tək hərbi yardım paketini elan edir”, – deyə ölkənin Müdafiə Nazirliyinin rəsmi saytında dərc olunmuş məlumatında deyilir.

Digər Kateqoriyalar

2023 © AzerVoice