Əsas səhifə » Bu gün keçiriləcək AK Parti Mərkəzi Qərar və İdarə Heyəti toplantısında İsrail-Fələstin münaqişəsi müzakirə olunacaq

Bu gün keçiriləcək AK Parti Mərkəzi Qərar və İdarə Heyəti toplantısında İsrail-Fələstin münaqişəsi müzakirə olunacaq

Aytac Suleymanova

Bakı. AzerPress:

Bu gün keçiriləcək AK Parti Mərkəzi Qərar və İdarə Heyəti (MKYK) toplantısında İsrail-Fələstin münaqişəsi müzakirə olunacaq.

AzerPress-in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Ankarada, AK Parti Mərkəzi Qərar və İdarə Heyətinin (MKYK) toplantısı keçiriləcək.

AK Partinin ümumi qərargahında keçiriləcək toplantının gündəmində İsrailin Fələstinə bir aydır davam edən hücumları və bələdiyyə seçkiləri fəaliyyətləri yer alacaq.

banner

AK Parti bələdiyyə seçkiləri üçün namizədlik müraciətlərinin noyabr ayında qəbul edilməsi planlaşdırılır.

MKYK-nın iclasında bu məsələnin də müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, Türkiyədə 31 mart 2024-cü ildə bələdiyyə seçkiləri keçiriləcək.

Aytac Süleymanova

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice