Əsas səhifə » Bu günə qədər Qəzzaya 11 təyyarə ilə 208 ton humanitar yardım göndərilib – Türkiyə MN

Bu günə qədər Qəzzaya 11 təyyarə ilə 208 ton humanitar yardım göndərilib – Türkiyə MN

Aytac Suleymanova

Bakı. AzerPress:

Türkiyə Milli Müdafiə Nazirliyi bu günə qədər Hərbi Hava Qüvvələrinə məxsus 11 təyyarə ilə Qəzzaya 208 ton humanitar yardım və 5 ton tibbi ləvazimat göndərib.

AzerPress-in məlumatına görə, bu sözləri Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk deyib.

“Türkiyə olaraq ilk gündən Qəzza ilə bağlı humanist və ədalətli münasibətimizi davam etdiririk və İsrailin törətdiyi vəhşiliklərin qəbuledilməz olduğunu bir daha bildiririk. Münaqişələrdə 4 günlük humanitar fasilə ilə bağlı əldə olunan razılaşmanı “müsbət inkişaf” kimi xarakterizə edirik. Ümid edirik ki, razılaşmaya tam əməl olunacaq və bu humanitar sülh Qəzzada qarşıdurmaların sona çatmasına gətirib çıxaracaq. Bizim gözləntimiz sülhə və qan tökülməsinin dayandırılmasına yönəlmiş bütün səylərin davam etdiriləcəyidir. Bir daha vurğulayırıq ki, Fələstin məsələsi ədalətli nəticələnmədən bölgədə daimi sülh mümkün olmayacaq”,- deyə o bildirib.

banner

Aktürk onu da vurğulayıb ki, Türkiyə həll təklifləri və kritik bölgələrdə sabitliyə verdiyi töhfələrlə danışıqlar prosesində əvəzolunmaz bir ölkədir.

Aytac Süleymanova

Twitter: a_alieva_

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice