Əsas səhifə » Brazilyadan Türk limanlarına 3 milyon tondan çox yük daşınıb (ÖZƏL)

Brazilyadan Türk limanlarına 3 milyon tondan çox yük daşınıb (ÖZƏL)

Yamin Savalanli

Bakı, VOA

2024-cü ilin yanvar-may aylarında Brazilyadan Türk limanlarına 3 milyon 443 min 498 ton yük daşınıb.

Bu barədə VOA-ya Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Brazilyadan limanlara yük daşınmayıb.

“Bu ilin yanvar-may aylarında Brazilyadan Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 3 milyon 443 min 498 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində Türkiyəyə Brazilya bayrağı ilə üzən gəmilərlə Brazilyadan yük çatdırılmayıb.

2024-cü ilin yanvar-aprel aylarında Türkiyə limanlarına Brazilyadan 795 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2024-cü ilin may ayında Türkiyə limanları 34 milyon 717 min 959 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 309 min 446 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 32 milyon 408 min 513 ton olub.

Bununla yanaşı, 2024-cü ilin may ayında Türkiyə limanlarından 5 milyon 524 min 847 ton tranzit yük daşınıb.

2024-cü ilin yanvar-may aylarında Türkiyə limanları 171 milyon 891 min 161 ton yük qəbul edib.

Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 12 milyon 375 min 982 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 159 milyon 515 min 179 ton təşkil edib.

2024-cü ilin yanvar-may aylarında Türkiyə limanlarından 28 milyon 463 min 544 ton tranzit yük daşınıb.

Qeyd edək ki, bu ilin may ayında Türkiyə limanları 5 min 289 gəmi qəbul edib. Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 566, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 723 olub.

2024-cü ilin yanvar-may aylarında Türkiyə limanları 23 min 770 gəmi qəbul edib. Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 16 min 272, Türkiyə bayrağı altında olan gəmilər isə 7 min 498 olub.

Digər Kateqoriyalar

2023 © AzerVoice