Əsas səhifə » Böyük Dəbilqə: Vüqar yarımfinalda

Böyük Dəbilqə: Vüqar yarımfinalda

Fərid Mikayilov

Bakı, AzerVoice

Bu gün Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirinə yekun vurulacaq.

İdman.biz xəbər verir ki, yarışın son günündə Azərbaycanın daha üç idmançısı qüvvəsini sınayacaq.

Onlar 2 çəki dərəcəsində tatamiyə çıxacaqlar.

banner

Böyük Dəbilqə
Kişilər
90 kq

Vüqar Talıbov mübarizəyə 1/32 finaldan çıxacaq. O, ilk görüşündə Aleksandr Sidorikə (AİN) qalib gəlib. Növbəti rəqib Teodois Tselidis (Yunanıstan) yarışa çıxmaqdan imtina etdiyi üçün Vüqar mübarizəsiz 1/8 finala yüksəlib. Talıbov bu mərhələdə BƏƏ-ni təmsil edən Aram Qriqoryandan güclü olub.

O, 1/4 finalda İvan Felipe Silva Moralesi (Kuba) də mübarizədən kənarlaşdırıb. Vüqar yarımfinalda Mihael Zqankla (Türkiyə) güləşəcək.

+100 kq
Camal Qamzatxanov 1/32 finalda türkiyəli Recep Ergini mübarizədən kənarlaşdırıb. O, növbəti görüşdə niderlandlı Yelle Snippə qalib gəlib. Camal 1/8 finalda Şoxruxxon Baxtiyorova (Özbəkistan) məğlub olub.

Uşangi Kokaurinin isə 1/16 finalda Giannis Antonionu (Kipr) qalib gəlib. O, növbəti görüşdə Erik Abramova (Almaniya) uduzub.

Qeyd edək ki, Böyük Dəbilqədə bir gün öncə Rəşid Məmmədəliyev (73 kq) gümüş medal qazanıb.

İdman.biz

Digər Kateqoriyalar

2023 © AzerVoice