133
Bakı, AzerPress:
Böyük Britaniyada Qlobal Süni İntellekt sammiti keçirilir.
AzerPress xarici mediaya istinadən xəbər verir ki, 1-2 noyabr tarixlərində keçiriləcək sammitdə bir sıra siyasətçi və texnologiya üzrə liderlər iştirak edərək, cəmiyyəti dəyişən texnologiyalara mümkün reaksiyaları müzakirə edəcəklər.
Sammitdə Böyük Britaniyanın baş naziri Rişi Sunak, ABŞ-nin vitse-prezidenti Kamala Harris, Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen və BMT-nin baş katibi Antonio Quterreşin də iştirak edəcəyi bildirilib.
Qeyd olunub ki, aparıcı süni intellekt (artificial intelligence – AI) vasitələrinin təsirləri ilə bağlı artan narahatlıqların müzakirəsi konfransın əsas mövzusunu təşkil edəcək.