Əsas səhifə » Böyük Britaniya Dövlət Katibinin Parlament üzrə müavini Azərbaycana səfər edəcək

Böyük Britaniya Dövlət Katibinin Parlament üzrə müavini Azərbaycana səfər edəcək

Laman Asadli

Bakı. AzerPress:

Böyük Britaniya Dövlət Katibinin Parlament üzrə müavini, Biznes və Ticarət Departamentində ixracat naziri Malkolm Offord Azərbaycana səfər edəcək.

Diplomatik mənbədən AzerPress-ə verilən məlumata görə, Malkolm Offordun Azərbaycanla Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 6-cı iclasında iştirak edəcəyi planlaşdırılır.

Qeyd edək ki, son otuz il ərzində Böyük Britaniya Azərbaycanda ən böyük fərdi investordur. 1995-2022-ci illər ərzində Böyük Britaniyanın Azərbaycana investisiyaları 84 milyard ABŞ dollarını keçib ki, bu da birbaşa xarici investisiyaların həcminin 280 milyard dollara çatmasına səbəb olub. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 1,2 milyard funt sterlinq olub.

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice