Əsas səhifə » Bolqarıstanın gənclər və idman naziri Bakıda Milli Gimnastika Arenasını ziyarət edib

Bolqarıstanın gənclər və idman naziri Bakıda Milli Gimnastika Arenasını ziyarət edib

Hafiz Rufizoglu

Bakı. AzerPress:

Bolqarıstanın gənclər və idman naziri Dimitar İliyev Azərbaycana səfəri çərçivəsində Bakıda yerləşən bir sıra idman obyektlərinin fəaliyyəti ilə tanış olub.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AzerPress-ə verilən məlumata görə, Dimitar İliyev həmçinin, Milli Gimnastika Arenasını ziyarət edib.

Bolqarıstanlı nazir Milli Gimnastika Arenasının infrastruktur imkanları, burada həyata keçirilən layihələr barədə məlumatlandırılıb.

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice