Əsas səhifə » BMT Yaxın Şərqdə məcburi köçkün sayında artımı proqnoz edib

BMT Yaxın Şərqdə məcburi köçkün sayında artımı proqnoz edib

Laman Asadli

Bakı. AzerPress:

BMT-nin Qaçqınlar üzrə ali komissarı Filippo Qrandi Qəzza zolağındakı vəziyyətlə əlaqədar Yaxın Şərqdə məcburi köçkünlərin sayının artacağını gözlədiyini bildirib.

AzerPress bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

“Faciəvi olsa da, biz regionu təhdid edən təhlükələr səbəbindən mülki əhali arasında ölüm hallarının, həmçinin məcburi köçkünlərin sayının artacağını gözləyirik”, – o deyib.

banner

BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin son hesabatına əsasən, Qəzza zolağında təxminən 1,9 milyon insan (əhalinin təxminən 85 faizi) məcburi köçkünə çevrilib.

Digər Kateqoriyalar

2023 © AzerVoice