Əsas səhifə » BMT-nin baş katibi jurnalistlərlə bağlı çağırış edib

BMT-nin baş katibi jurnalistlərlə bağlı çağırış edib

admin

Bakı. AzerPress:

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş jurnalistlərin qorunması ilə bağlı çağırış edib.

AzerPress xəbər verir ki, baş katib bu barədə özünün “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Ötən il ən azı 88 jurnalist öz işini icra etdiyinə görə öldürülüb. Yaxın Şərqdə hazırki münaqişə jurnalistlərə dəhşətli zərbə vurur. Bizi məlumatlandıran jurnalistləri qorumaq üçün daha yaxşı təhlükəsizlik tədbirlərinə ehtiyacımız var”, – paylaşımda deyilir.

banner

Qeyd edək ki, indiyədək İsrail-HAMAS münaqişəsi nəticəsində 30-dan çox jurnalist öldürülüb.

Digər Kateqoriyalar

2023 © AzerVoice