Əsas səhifə » BMT İsrailə silah tədarükünü dayandırmağa çağırıb

BMT İsrailə silah tədarükünü dayandırmağa çağırıb

Fərid Mikayilov

Bakı,VOA

BMT İsrailə silah və sursat tədarükünü dayandırmağa çağırıb.

VOA xəbər verir ki, BMT ekspertlərinin fikrincə, silah ticarətini və onun daşınmasını maliyyələşdirən şirkətlər məsuliyyətə cəlb edilməlidir.

BMT-nin hesabatında, real məsuliyyətə cəlb oluna biləcək dünyanın ən böyük silah istehsalçılarının siyahısı verilib.

banner

Bəyanatda xatırladılıb ki, BMT İnsan Haqları Şurası və BMT məruzəçiləri ölkələri İsrailə silah və hərbi texnikanın satışını, transferini və yönləndirilməsini dayandırmağa çağırıb. Müvafiq olaraq İsrailə silah tədarük edən BAE Systems, Boeing, Caterpillar, General Dynamics Lockheed Martin, Northrop, Grumman, Oshkosh, Rheinmetall AG, Rolls-Royce Power Systems, RTX və ThyssenKrupp kimi silah istehsalçılarının bunu mövcud ixrac lisenziyaları altında həyata keçirilsə belə, transferləri dayandırmaları tələb olunub.

“Bu şirkətlər İsrail ordusuna silah, hissələri və sursat göndərməklə, beynəlxalq insan haqları və beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasında şərik olmaq riski daşıyırlar”, – bəyanatda deyilir.

Açıqlamada, bu silah şirkətlərinə sərmayə qoyan maliyyə qurumlarının da məsuliyyətə cəlb oluna biləcəyi ifadə edilib və Alfried Krupp von Bohlen və Halbach-Stiftung, Amundi Asset Management, Bank of America, BlackRock, Capital Group, Causeway Capital Management, Citigroup, Fidelity Management & Research, INVESCO Ltd, JP Morgan Chase, Harris Associates, Morgan Stanley, Norges Bank Investment Management, Newport Group, Raven’swing Asset Management, State Farm Mutual Automobile Insurance, State Street Corporation, Union Investment Privatfonds, The Vanguard Group, Wellington və Wells Fargo & Company kimi investorlara hərəkətə keçmələri üçün çağırış edilib.

Bundan əlavə, beynəlxalq məhkəmələrdə İsrailə qarşı iddialar qaldırlıb. Belə ki, bir ay əvvəl Beynəlxalq Cinayət Məhkəməsi İsrail ordusunu “real soyqırım təhlükəsi” səbəbindən Rəfahdakı əməliyyatları dərhal dayandırmağa çağırıb.

Bunun fonunda İsraillə ABŞ arasında münasibətlər silah tədarükü ilə bağlı yenidən pisləşib. Ağ Ev Netanyahunun ABŞ-ın silah tədarükünü gecikdirməsi ilə bağlı verdiyi son açıqlamadan “böyük məyusluq” keçirdiyini ifadə edib.

Amerikalı siyasətçilər və diplomatlar Netanyahunun hansı gecikmələrdən söz getdiyini soruşublar. Həmçinin, Vaşinqton heç bir ölkənin İsraili dəstəkləmək üçün ABŞ qədər iş görmədiyini vurğulayıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice