Əsas səhifə » BMT baş katibi Livandakı partlayışlardan danışıb

BMT baş katibi Livandakı partlayışlardan danışıb

Tasnim İsmixan

Bakı. AzerVoice

Mülki obyektlərin hədəfə çevrilməsinə qadağa dünya birliyində ölkələr üçün qaydaya çevrilməlidir​.

AzerVoice xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş deyib.

Baş katib Assambleyanın 79-cu sessiyasının yüksəksəviyyəli həftəsi ərəfəsində keçirdiyi mətbuat konfransında Livanda mobil qurğuların partladılmasını şərh edərkən, mülki obyektlər üzərində nəzarətin saxlanmasının tərəfdarı olduğunu qeyd edib.

banner

Qeyd edək ki, Livanın cənubunda yenidən partlayışlar baş verib. Partlayışlarda ən azı 100 nəfər xəsarət alıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice